Haqqımızda
“NTD” MMC sənaye müəssisələrin və müxtəlif infrastruktur layihələrin yüksək,orta və aşağı gərginlikli elektrik sistemləri üçün müasir və yüksək keyfiyyətli elektrotexniki məhsulların istehsalı və quraşdırılması,elektrik xətlərinin çəkilişi və yarımstansiyaların açar-təslim şəkildə qurulması üzrə kompleks xidmətləri sahəsində fəaliyyət göstərən yerli şirkətdir. Şirkət Azərbaycanın sənaye və enerji sektorunun inkişafına töhfə vermək, yerli istehsal potensialını gücləndirmək və ölkənin texnoloji imkanlarını qlobal bazarda təmsil etmək məqsədilə 2017-ci ildə təsis edilmişdir. Müəssisənin 10 000 m² istehsal sahəsi müasir avadanlıqların, texnoloji xətlərin və istehsal proseslərinin səmərəli şəkildə təşkilinə imkan yaradır. Mütəxəssisləşmiş mühəndis, formen və usta heyəti ilə gördüyümüz bütün işlər beynəlxalq standartlara tam cavab verir.
“NTD” MMC fəaliyyət sahələrinə uyğun olaraq müvafiq lisenziya və sertifikatlara malikdir. Şirkətin malik olduğu bu sənədlər onun istehsal və texniki fəaliyyətinin müəyyən edilmiş normativ, texniki və peşəkar tələblərə uyğun şəkildə həyata keçirildiyini təsdiq edir.Lisenziya və sertifikatların mövcudluğu şirkətin peşəkar səriştəsinin, texniki imkanlarının və keyfiyyətə olan yüksək öhdəliyinin mühüm göstəricilərindən biridir.Müasir standartlara, təhlükəsizlik tələblərinə və keyfiyyət prinsiplərinə riayət etməklə, müştərilərinə etibarlı və yüksək keyfiyyətli elektrotexniki həllər təqdim edir.